Daxili xəstəliklər üzrə mütəxəssis, professor Mehmet Buğdacı koronavirusdan qorunmada maskanın vacibliyindən danışıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o insanların sıx toplaşdığı yerlərdə maskadan mütləq istifadə edilməsini tövsiyə edib.
Buğdacı deyib:
"Maska taxmaq COVİD-19-un nəfəs və öskürək yolu ilə yayılmasının qarşısını alır. Əsasən insanların çox olduqları yerlərdə, market, bazar və iş yerlərində maskanın taxılması vacibdir. Maskanın hər hansı bir ziyanı yoxdur.
ÜST pandemiyanın ilkin pilləsində xəstəliyi olmayanların maska taxmamasını tövsiyə etsə də, COVİD-19 daşıyıcılarının bunu yaydığını gördü. Buna görə də, artıq yoluxub-yoluxmamasından asılı olmayaraq hər kəsi maska taxmağa səsləyirik”.
Professor Mehmet Sait Buğdacı maskaların əlçatan olmasını təklif edib:
"Metro və avtobus dayanacaqlarında maska qutuları qoyulmalıdır. Tibbi maskalar 30-70% aralığında qorumaya sahibdir. Ən çox isə 4-9 saat taxıla bilər. Əlbəttə, bu müddət ərzində maska taxılıb, çıxarıla bilər”.
Mələk Cabbar