Professordan dünənki zəlzələdən sonra diqqətçəkən açıqlama: “Bu fay xətti…”

Professordan dünənki zəlzələdən sonra diqqətçəkən açıqlama: “Bu fay xətti…”
DÜNYA
12:42 28.02.2023
311
Ötən gün Malatyada 5,6 bal gücündə daha bir zəlzələ baş verib. Zəlzələ nəticəsində 2 nəfər ölüb, binalar uçub. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki Türkiyə Elmlər Akademiyasının üzvü, professor Dr. Naci Görür dünənki zəlzələdən sonra diqqətçəkən açıqlama verib.

Naci Görür "Twitter” hesabından paylaşım edərək bu zəlzələnin yeni bir fay xətti olduğunu qeyd edib: "Malatyanın Yeşilyurt bölgəsində 5,5 bal gücündə zəlzələ oldu. Zəlzələ Malatya Fayına paralel xətt üzərindədir. Dosentlər Cengiz Zabcı və Prof. Dr. Ziya Çakırla danışdım, bu, MTA xəritəsində cızılmayan yeni bir fay xəttidir. Amma düşünürük ki, bu bölgəni yükləyən əvvəlki 7,6 bal gücündəki zəlzələnin nəticəsidir”.

Aydın
OXŞAR XƏBƏRLƏR