Professordan İstanbul üçün qorxulu zəlzələ proqnozu: “10 bal gücündə…”

Professordan İstanbul üçün qorxulu zəlzələ proqnozu: “10 bal gücündə…”
DÜNYA
13:00 03.03.2023
428
Bir çox zəlzələ mütəxəssisi İstanbul zəlzələsinin yaxınlaşdığını və ola biləcək zəlzələdə İstanbulun bəzi bölgələrinin böyük dağıntılara məruz qala biləcəyini bildirir.

Məşhur geoloq Prof. Dr. Okan Tüysüz qatıldığı televiziya proqramında dedikləri ilə gündəmə gəlib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Professor gözlənilən İstanbul zəlzələsi ilə bağlı bəzi proqnozlar verib.

Okan Tüysüz ola biləcək zəlzələdə ən çox təsirlənəcək bölgələrin Yalova və Şarköy olduğunu deyib. Geoloq 7.6 bal gücündə zəlzələnin İstanbulun sahil hissəsində 10 bal gücündə hiss olunacağını bildirib:

"Ən çox sarsılacaq yerlər dənizə baxan hissələrdir. Ən yüksək sarsıntını İstanbulun və ya Marmaranın dənizə baxan hissələrində, məsələn Tuzla sahil zolağında və boyunca hiss edəcəyik. 

Bu o demək deyil ki, oradakı bütün binalar dağılacaq. Yaxşı bir bina buna müqavimət göstərə bilər. Ən azından burada binanın uçmayacağı gözləntiləri var”.

Professor, həmçinin Hatay və ya Kahramanmaraşda olduğu kimi torpağın mayeləşməsi riskinin çox az olduğunu bildirib.

Aydın
OXŞAR XƏBƏRLƏR