Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri kafedrasının müdiri Prof. Dr. Mehmet Ceyhan hərarət, boğaz ağrısı, öskürək, asqırma, ümumi bədən ağrıları kimi şikayətlərlə poliklinikalara müraciətlərin sayı artdığını bildirib.
AZXEBER.COM Türkiyə mətbutına istinadən xəbər verir ki, professor bu şikayətlərin qrip vaxud "COVİD-19" olduğunu ayırd etməyin çətin olduğunu qeyd edib:
"Bu əlamətlər bir çox xəstəliyin göstərici ola bilər. Təəssüf ki, bu şikayətlərlə həkimə müraciət edənlərin neçəsinin "Covid-19" olduğunu, söyləmək çətinləşib".
Pozitivlik nisbətlərinin artmağa başladığını bildirən Ceyhan, test verib pozitiv cavab alanların sayının artdığını deyib:
"Əvvəllər müraciət etdiyimiz 100 testdən 3-4 müsbət çıxırdısa, amma indi müsbətlik nisbəti 20-30% artıb. Pozitiv nəticələrin nə qədərinin Eris variantına görə olduğunu öyrənmək üçün variant testinin verilməsi vacibdir. Ona görə də Türkiyədə Eris variantı mütləq mövcuddur. Test nəticələri pozitiv çıxan şəxslərin bir hissəsinin Eris variantı olduğunu təxmin edirik”.
Günel