Professordan xəbərdarlıq: “7,4 bal gücündə zəlzələ gözləyirik”

Professordan xəbərdarlıq: “7,4 bal gücündə zəlzələ gözləyirik”
DÜNYA
14:06 03.04.2023
428
Türkiyənin Elmlər Akademiyasının üzvü, Yer alimi Prof. Naci Görür zəlzələ ilə bağlı yeni xəbərdarlıq edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Naci Görür gözlənilən 7 baldan yuxarı zəlzələ ilə bağlı proqnoz verib.

"Ərzincan, Bingöl və Karlıova arasında 7,4 bal gücündə zəlzələ gözləyirik. Son zəlzələ 1790-cı illərdə olub. Bingöl Karlıova ilə Bingöl Göynük arasında da 7,2 bal gücündə zəlzələ ola bilər", - deyə Görür bildirib.


O qeyd edib ki, son zamanlar baş verən zəlzələlərlə əlaqədar olaraq, lövhə daxilindəki çatlarda, yəni Anadolu plitəsində müəyyən hərəkətlər oluub:

"Ona görə də məsələn Adanada, Sivasda olduğu kimi Kayseri bölgəsində də bir az daha diqqətli olmaq lazımdır. Burada zəlzələyə davamlı işlər ehtiyatla aparılmalıdır”.

Aydın
OXŞAR XƏBƏRLƏR