Prokuror Əli Abbasovun qohumuna 7 il istədi

Prokuror Əli Abbasovun qohumuna 7 il istədi
SOSİAL
11:04 15.06.2018
7057

Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsiri olan dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən şirkət rəhbəri Natiq Qasımov, Xatirə İmaməliyeva və Aidə Cəfərovanın məhkəməsi keçirilib. 

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə şahidlər dindirilib. 

N.Qasımovun qaynı, kafedə kababçı işləyən Natiq Mirzəyev deyib ki, şirkət onun adına açılıb: "Etibarnamə vermişdim, mən heç nəyə qarışmırdım. Natiq qazancdan mənə pul verirdi". 

Daha sonra məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış edərək N. Qasımovun 7 il, qadınların isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Azadlıqda olan qadınların məhkəmə zalında qandallanmasını tələb edib. 

 

Proses iyunun 22-də davam etdiriləcək. 

Həbsdə olan N. Qasımov "Çinar Pharmaceuticals" MMC-nin faktiki rəhbəri olub. Qadınlar isə həmin şirkətə məxsus aptekdə satıcı işləyiblər. 

OXŞAR XƏBƏRLƏR