Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində bloqçu Əbdül Əbilovun cinayət işi üzrə növbəti proses keçirilib.
Əbdül Əbilovun anası Nurcahan Əbilova “Media forum” saytına deyib ki, prosesdə dövlət ittihamçısı Əbdül Əbilovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi təklifini verib.
Vəkil Xalid Bağırov son söz demək üçün vaxt istəyib.
Növbəti proses mayın 27-də keçiriləcək.
Bakı İstintaq Təcridxanasında saxlanan Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. O, narkotik alverində ittiham olunur. Ailəsi onun “Facebook”dakı fəallığına görə həbs olunduğunu deyir. Əbdül Əbilov “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.