Prokurorluq jurnalistlə bağlı məlumat yaydı

Prokurorluq jurnalistlə bağlı məlumat yaydı
MEDIA
18:50 17.04.2012
24938

Son günlər “Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov bəzi kütləvi informasiya vasitələrində çıxışlar edərək, azyaşlı oğlu Səid Abbaszadənin 2012-ci il martın 6-da Azad adlı şəxs tərəfindən idarə edilən avtomobillə vurulması ilə bağlı araşdırmanın Binəqədi rayon Polis İdarəsində obyektiv araşdırılmaması barədə əsassız və həqiqətə uyğun olmayan bəyanatlar verib.

AZXEBER.COM-un məlumatına görə, bu firiklər Baş Prokurorluğun yaydığı açıqlamadandır. Açıqlamada bildirilir ki, həmin informasiyalar prokurorluq tərəfindən təkzib olunur və bununla əlaqədar bildirir ki, Azad Ağayevin özünə məxsus avtomobillə Səid Abbaszadəni ehtiyatsızlıq nəticəsində vuraraq xəsarət yetirməsi faktı Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırılmaqla hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri tədbirlər həyata keçirilib.“Araşdırmalarla müəyyən edilmişdir ki, A.Ağayev sürücülük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “VAZ 2107” markalı “90-NC-348” dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən tarixdə saat 17 radələrində Sulutəpə qəsəbəsində saatda 30-40 km sürətlə hərəkət edərkən qəflətən azyaşlı S.Abbaszadənin onun yoluna çıxmasını görüb hadisənin qarşısını almaq məqsədilə əyləcə basaraq avtomobilin hərəkətini dayandırmasına baxmayaraq sonuncu avtomobilin sağ qanadına dəyərək xəsarət almışdır. Dərhal avtomobili saxlayan A.Ağayev piyadanın ciddi xəsarət almadığını görərək hadisə yerindən uzaqlaşmışdır.Məhkəmə-tibbi ekspertizası ilə S.Abbaszadənin hadisə nəticəsində aldığı alın nahiyyəsinin hematoması və qançırı, üst dodağının səthi yarası kimi xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olması müəyyən edilmişdir.Beləliklə, aparılan araşdırma nəticəsində A.Ağayevin əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmiş və toplanmış material inzibati qaydada tədbir görülməsi üçün rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmişdir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib