Prokurorluqdan saxta “kəllə qənd” istehsal edən şəxslərlə bağlı açıqlama

Prokurorluqdan saxta “kəllə qənd” istehsal edən şəxslərlə bağlı açıqlama
SOSİAL
12:08 16.06.2020
581
Bəzi kütləvi informasiya vasitələrində bir sıra qənnadı məmulatlarının istehsalı müəssisələrində "kəllə qənd” istehsalı zamanı mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə edilməsi barədə məlumatlar yayılmışdır.

AZXEBER.COM-un xəbərinə görə, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən bu məsələ ilə əlaqədar verilmiş məlumata əlavə olaraq bildirilib ki, Asif İsmayılov, Əli Əliyev, Teyyub Nadirov, Maqsud Əlizadə və İran İslam Respublikasının vətəndaşı Tayef Davoudun qənd sexlərində kəllə qəndin istehsalı zamanı məhsulun rənginin ağardılması və xalça yuma məntəqələrində ləkələrin təmizlənməsi məqsədilə istifadə olunan insan sağlamlığı üçün təhlükəli olan toz halında maddəni Bakı, Sumqayıt və Respublikanın digər şəhərlərində fəaliyyət göstərən qənd istehsalı sexlərinin sahiblərinə satışını həyata keçirməsi, həmin fərdi sahibkarların qeyd olunan maddədən kəllə qənd istehsalı zamanı istifadə edərək, hazır məhsulların istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehsalçıları xeyli miqdarda aldatmağa cəhd etməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır.

Asif İsmayılovun Cinayət Məcəlləsinin 29, 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satmasına cəhd), Əli Əliyev, Teyyub Nadirov və Maqsud Əlizadənin Cinayət Məcəlləsinin 29, 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla törədilməsinə cəhd), Tayef Davoudun isə Cinayət Məcəlləsinin 32.5, 29, 200.2.1 və 32.5, 29, 200.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq 27 dekabr 2019-cu il tarixdə Binəqədi rayon məhkəməsinə göndərilmişdir.

Hazırda Binəqədi rayon məhkəməsində cinayət işi üzrə məhkəmə baxışı yekunlaşmaq üzrədir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
16:48 16.09.2025
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
Şimşək çaxacaq, leysan yağacaq
16:45 16.09.2025
Şimşək çaxacaq, leysan yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
16:37 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
16:32 16.09.2025
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
16:32 16.09.2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib