Prosineçki: "Almaniya ilə oyunların favoriti olmaq mümkün deyil"

Prosineçki: "Almaniya ilə oyunların favoriti olmaq mümkün deyil"
İDMAN
17:42 27.10.2016
1160

 

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində çıxışını dəyərləndirib.

Xorvatiyalı mütəxəssis futbolçularından və Almaniya millisi ilə qarşılaşma barədə fikirlərini bölüşüb:

"Biz, doğrudan da, böyük səylə çalışırıq. Oyunçularda özünəinam hissi yaranıb. Artıq onlar öz güclərinə əmindirlər, istənilən rəqibi təəccübləndirməyi bacaracaq gücdə olduqlarını bilirlər. Biz Almaniya yığmasından danışırıq! Hansı ki, bu komandada bir çatışmazlıq yoxdur. Onlar həmişə güclüdürlər. Daim böyük turnirlərin final mərhələsində çıxış edirlər. Almaniya ilə oyunların favoriti olmaq mümkün deyil. Bu, hansısa klubun Madrid "Real"ına, "Barselona"ya qarşı oyunun favoriti adlandırılmasına bənzəyir".

///goal.az
OXŞAR XƏBƏRLƏR