Katarakt

Psaki: “Bayden Putinlə görüşmək üçün 50 il hazırlaşıb”

DÜNYA
15:39 14.06.2021
330
ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə görüş kimi vacib danışıqlara 50 il hazırlaşıb.

"RİA Novosti”nin məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.

Onun sözlərinə görə, Bayden rusiyalı həmkarından nə gözlədiyini dəqiq bilir.

"ABŞ lideri hesab edir ki, Rusiya prezidenti ilə qarşıdakı görüş etibar və dostluq barədə deyil, Moskva və Vaşinqtonun hansı məsələlərdə dil tapa biləcəyi ilə bağlıdır”, - deyə Psaki əlavə edib.

Qeyd edək ki, NATO sammiti çərçivəsində Putin və Bayden arasındakı görüşün iyunun 16-da Cenevrədə keçirilməsi planlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR