Psixiatriya xəstəxanasında ölüm

Psixiatriya xəstəxanasında ölüm
SOSİAL
16:38 26.07.2025
148
Sumqayıtda xəstəxanada ölüm hadisəsi baş verib.

AZXEBER.COM "Qafqazinfo"ya istinadla xəbər verir ki, iyulun 25-i saat 12 radələrində Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Rəşad Arzif oğlu Süleymanov müalicə olunduğu Sumqayıt Psixiatriya Xəstəxanasında vəfat edib.

Onun sinir sisteminin böhranından əziyyət çəkdiyi və keçirdiyi əsəbdən öldüyü bildirilir.

O da məlum olub ki, R.Süleymanov iyulun 24-də yaşadığı evdə damarlarını kəsərək intihara cəhd edib. İlkin tibbi yardım göstərildikdən sonra yaxınları onu əsəblərinin müalicəsi üçün psixiatrik tibb müəssisəsinə gətirib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR