Paytaxtdakı 263 və 158 nömrəli tam orta məktəblərdə təşkil olunacaq test imtahanında 690 nəfərin iştirakı nəzərdə tutulub.
AZXEBER.COM xəbər verir ki, namizədlərə imtahanın keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.
İmtahanda namizədlərə 40 (ixtisas üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sual) test tapşırığınının cavablandırılması üçün 90 dəqiqə vaxt veriləcək.
Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.
Keçid bal həddi (ixtisas üzrə minimum 42 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10 bal) 62 bal olaraq müəyyən edilib. 62 və daha yüksək bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcək.