xari

PSJ – “Başakşehir” matçının hakimləri ilə bağlı intizam işi açıldı

İDMAN
23:15 11.02.2021
290
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Fransada yerli PSJ ilə Türkiyə çempionu "Başakşəhər” arasında keçirilmiş oyunda baş verənlərlə bağlı ilkin qərarını açıqlayıb.

Qitə futbol qurumu matçın rumıniyalı hakimləri Sebastyan Koltesku və Oktavian Sovreyə qarşı intizam işi açıb.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Sözügedən hakimlər UEFA intizam məcəlləsinin 11-ci maddəsi (əsas davranış prinsipləri) ilə ittiham olunurlar.

Lakin onlar barəsində irqçilik ittihamlarını nəzərdə tutan maddə üzrə intizam işi açılmayıb. Halbuki, onların məhz bu maddə ilə ittiham olunacağı gözlənilirdi.

Qeyd edək ki, ötən il dekabrın 8-də Parisdə oynanılan qarşılaşma 14-cü dəqiqədə dayandırılıb. Buna oyunun 4-cü hakimi Koltseskunun "Başakşəhər”in köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub. Növbəti gün qaldığı yerdən davam etdirilən və başqa hakimlərin idarə etdiyi matç PSJ-nin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Sebastyan Koltesku həmin hadisədən sonra iki aya yaxın Rumıniya çempionatının da oyunlarına təyinat almırdı. 43 yaşlı hakim yalnız son turlarda yerli çempionatın matçlarına təyinat almağa başlayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:42 02.03.2021

Şri-Lankada “cin çıxarma” adı ilə doqquz yaşlı qızı ölənə kimi döydülər

19:15 02.03.2021

Gürcüstanın XİN başçısı sabah Türkiyəyə səfər edəcək

18:40 02.03.2021

Qoşulmama Hərəkatında Simulyasiya Məşğələsi – Ceyhun Bayramov çıxış etdi

18:14 02.03.2021

İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

18:10 02.03.2021

Mikayıl Cabbarov: "Bu il dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar 8,8% artıb"

18:04 02.03.2021

Bakıda dələduzluqla məşğul olan “general” azadlığa buraxıldı

17:47 02.03.2021

Müdafiə Nazirliyi: Hazırda itkin düşmüş hərbçilərin sayı 28 nəfərdir

17:44 02.03.2021

Sabiq icra başçısının həbs müddəti uzadıldı

17:37 02.03.2021

MN: Qarabağda xidmət edən hərbçilərin maaşına 100 faiz həcmində əlavə edilib

17:29 02.03.2021

Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb - Məzuniyyətə çıxdı

17:26 02.03.2021

AZAL: Ləğv edilmiş reyslərin biletləri yenidən təxsis ediləcək

17:19 02.03.2021

Yeni nazir "Azərpoçt"un baş direktorunu vəzifəsindən azad etdi

17:15 02.03.2021

DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib

17:14 02.03.2021

Lukaşenko Rusiya ilə Belarusun birləşməsinə qarşı çıxdı

17:04 02.03.2021

Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlandı

16:58 02.03.2021

Sarkisyan yenə Paşinyanın müraciətini rədd etdi: Siyasi böhran dərinləşir