Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeni komandada saxlamaq istəyir.
Bu barədə "Central Defense" məlumat yayıb.
Paris təmsilçisinin rəhbərliyi 25 yaşlı hücumçuya 1 milyard avro qazana biləcəyi 10 illik müqavilə təklif etməyə hazırdır.
Fransız forvardın cavabı hələlik məlum deyil.
Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.
Mbappe PSJ ilə müqaviləni yeniləməsə 2023/24 mövsümünü ehtiyat oyunçular skamyasında keçirə bilər.