Ulduz futbolçuları transfer etməkdə davam edən Fransanın PSJ klubu növbəti hədəfini açıqlayıb.
Paris təmsilçisi bu dəfə "Real" (Madrid) klubunun hücumçusu Kərim Benzemanı transfer etməyi planlaşdırır.
PSJ klubunun sahibi Şeyx Əl-Kealayifi fransız futbolçunun keçidi üçün 35 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. Lakin "Real" rəhbərliyinin bu məbləğlə razılaşmaması PSJ-nin işini çətinə salır. Fransa klubunun Benzemanın transferi üçün məbləği bir qədər də artıracağı gözlənilir.
Qeyd edək ki, 2009-cu ildə "Lion"dan "Real"a transfer olunan Benzema keçirdiyi 94 oyunda 44 qola imza atıb.