PSJ İngiltərə klubunun futbolçusunu transfer etmək istəyir

PSJ İngiltərə klubunun futbolçusunu transfer etmək istəyir
İDMAN
19:11 20.12.2024
323
Fransanın PSJ klubu Ukrayna millisinin və İngiltərə təmsilçisi "Bornmut"un üzvü İlya Zabarnını transfer etmək istəyir.

Paytaxt təmsilçisi bunun üçün artıq ilk addımı atıb.

Zabarnı Ukraynanın "Dinamo" klubunun yetirməsidir. O, 2023-cü ilin yanvarında Premyer Liqa təmsilçisi "Bornmut"a keçib.

Qeyd edək ki, 22 yaşlı müdafiəçi cari mövsüm Premyer Liqada 16 oyun keçirib.
 
///report
OXŞAR XƏBƏRLƏR