PSJ Neymarı bu futbolçu ilə dəyişmək istəyir

İDMAN
20:23 15.05.2023
293
PSJ hücumçu Neymarla müqaviləni ləğv etmək niyyətindədir.
 
Mənbənin məlumatına görə, parislilərin rəhbərliyi ilə idman direktoru Luiş Kampuş müxtəlif variantları nəzərdən keçirir.

Vurğulanır ki, bu yay Neymarla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcək və ya o, "Mançester Siti"nin futbolçusu Bernardo Silva ilə dəyişdiriləcək.

Silvanın da Kampuş tərəfindən məsləhət görüldüyü bildirilib.
Qeyd edək ki, daha əvvəl "Le Parisien" Neymarın PSJ azarkeşlərinin evinin yaxınlığında etiraz aksiyası keçirməsindən narazı olduğunu bildirib.

Xatırladaq ki, Neymar 2017-ci ilin avqustundan PSJ-də çıxış edir.
 
///baku.ws
OXŞAR XƏBƏRLƏR