Fransanın "Paris Sen-Jermen” futbol klubunun əvəzedici qapıçısı ispaniyalı Serxio Riko atdan yıxılaraq İspaniyanın Sevilya şəhərindəki xəstəxanaya yerləşdirilib.
Məlumata görə, futbolçunun vəziyyəti ağırdır.
Bildirilir ki, idmançı kəllə-beyin travması alıb.
Qeyd edək ki, qapıçı PSJ-nin şənbə günü "Strasburq”la (1:1) matçında ehtiyat oyunçular skamyasında oturmuşdu. Bu oyundan sonra Riko İspaniyaya yollanıb.