PSJ-nin qapıçısı ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

İDMAN
21:40 28.05.2023
245

Fransanın "Paris Sen-Jermen” futbol klubunun əvəzedici qapıçısı ispaniyalı Serxio Riko atdan yıxılaraq İspaniyanın Sevilya şəhərindəki xəstəxanaya yerləşdirilib.

Məlumata görə, futbolçunun vəziyyəti ağırdır.

Bildirilir ki, idmançı kəllə-beyin travması alıb.

Qeyd edək ki, qapıçı PSJ-nin şənbə günü "Strasburq”la (1:1) matçında ehtiyat oyunçular skamyasında oturmuşdu. Bu oyundan sonra Riko İspaniyaya yollanıb.

OXŞAR XƏBƏRLƏR