PSJ ulduz futbolçusunu cəzalandırdı - Londona aparılmayacaq

İDMAN
15:35 30.09.2024
216
PSJ-nin hücumçusu Usman Dembele Çempionlar Liqasında "Arsenal" ilə matçın iştirak ərizəsindən kənarlaşdırılıb. 

AZXEBER.COM xarici mediays istinadən xəbər verir ki, buna səbəb ulduz futbolçunun "Renn"lə görüşdən (3:1) sonra baş məşqçi Luis Enrike ilə mübahisə etməsi olub. 

Nizam-intizama ciddi önəm verən ispan mütəxəssis bu səbəblə Fransa millisinin 27 yaşlı üzvünü Londona aparmayıb.

Qeyd edək ki, Dembele bu mövsüm Liqa 1-də uğurlu çıxışı ilə fərqlənərək 6 oyuna 4 qol vurub və 4 qol ötürməsi edib.

Zəfər Hacılı

OXŞAR XƏBƏRLƏR