PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşir

PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
DÜNYA
18:56 09.04.2025
272
Pilotsuz uçuş aparatları ilə əlaqədar yeni dövlət rüsumları müəyyənləşir

Bu, "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi və aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat, pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi üçün 10 manat dövlət rüsumu müəyyənləşir.

Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi və model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün isə 10 manat dövlət rüsumu tətbiq olunacaq.
OXŞAR XƏBƏRLƏR