Etibar Hüseynov,millət vəkiliPul, ağıl və vicdan...
Son günlər ən çox gündəmdə olan mövzularından biri də yaşıllıq və agacların kəsilməsi, məhv edilməsidir.
Uzun illərdən bəri bu barədə nə qədər deyilsə və nə qədər çəkilsə də vəziyyət düzəlmir ki, düzəlmir. Yenə də bəzi işbazlar tikinti aparacaqları əraziyə düşən ağacları gecəynən kəsir, yaşilliqlari məhv edirlər. Və son günlər bu problem yenidən vüsət almağa başlamışdi. Hətta məsələ o həddə catdı ki, sonunda ölkə prezidenti belə nazirlər kabinetinin iclasında bu məsələyə toxunmali oldu. Və bu insanlara son dəfə xəbərdarlıq etdi.
Əslinə qalsa ətraf mühitə, onun flora və faunasina qayğı, böyüklərə hörmət, kiçiklərə diqqət, əlillərə nəzakət bir mənəviyyat , etika və tərbiyə məsələsidir. Və bu cürə məsələlər qanunla, xəbərdarlıqla, cərimələrlə nizamlanmır. Axı bu həyatda qanundan, qaydadan, cərimədən savayı bir vicdan və insaf adlı anlayış da var. Bəyəm bu qanun və ya cərimə olmasa kimlərsə onilliklərin ağaclarını kəsib, yerində dükan, bazar, restorannmı tikməlidi. Axı dədə babadan həm də onu görmüşük ki, bir işə başlayanda ilk növbədə ətrafdakı insanların hallalığını alarlar, onların qarğış və narazılığını deyil. Amma indi bunun tamam əksi baş verir. Ətrafda yaşayan sakinlərin narazılığına məhəl qoymadan onların onilliklərədən bəri min bir əziyyətlə əkib-becərdikləri yaşıllıqlar məhv edilərək, yerində şəxsi tikililər inşa edilir. Bu insanlar hətta onu da dərk etmirlər ki, bu bitkilər də axı insan təki canlıdırlar. Sadəcə onların biz insanlardan fərqi yalnız səslərinin olmamasıdır. Və onların da qarğışı üzərində iş görmək də heç vaxt heç kəsə fayda gətirməz. Bu məsələdə adamı ən çox yandıransa odur ki, axi bu dövlət bir ətək pul xərcləyib ağır texnika alıb ki, iş görəndə həmən sahəyə düşən ağacları da səliqəynən başqa yerə köçürəsiniz.
Amma nədənsə milyonlar xərcləyib özünə restoran, otel, sauna tikən bir çox işbazlar müvafiq idarəyə kücürmək ücün 5-10 manat tapa bilmirlər-daha doğrusu ödəməyə əlləri gəlmir ki, pulun ödəyib həmin yaşilliqlari başqa yerə transfer eləsinlər.
Yeri gəlmişkən bir məsələyə də toxunacam. Məlum olduğu kimi 1 həftə əvvəl Bakı-Sumqayıt yolunda da yolun genişləndirilməsi səbəbindən ağaclar kütləvi şəkildə məhv edildi. Bəli burası aydındır ki, bu tikinti dövlət əhəmiyyətli idi və həmən yol çəkilməliydi. Amma həmin ərazidəki böyük bir meşə zolağının məhv edilməsinə razılıq verən ekologiya nazirliyinə bir sual vermək istərdim. Axı o ərazidə yol çəkilməsi qərarı bir gecənin içində verilmədi, əksinə uzun aylardan bəri bəlli idi. Ona görə də həmin ağacların da mən demirəm heç də hamısını, axi işərisindən nisbətən cavan və sağlamlarını seçib yerini ki, dəyişmək olardı. Bəs, elə isə nədən bunu etmədiniz? Bəlkə buna ehtiyac və ya zərurət görmədiniz? Bu necə ola bilər? Axı bu gün paytaxtda parklar salınır, məktəblər, xəstəxanalar istirahət zonalari tikilir. Və həmən bu tikintilərin də ətrafina adətən boyu bir qarış olan şitillər salınır ki, onların da böyüyüb ağac olmasi üçün 10 illiklər gərəkdi. Bu gün böyük xərclər şəkilərək xaricdən bir çox qiymətli ekzotik ağac və bitkilər, palma və kaktuslar gətirilir və müxtəlif yerlərdə əkilir. Amma bir çox hallarda onun da şahidi oluruq ki, həmin palmalar da ya yayda vaxtı-vaxtında sulanmadığına görə, ya da qışda örtüklə bağlanmadığı səbəbindən quruyub gedir. Yəni, dediyim həm də odur ki, bir gecədə məhv edilən həmin bu ağaclar həm susuzluğa, həm də şaxtaya davamlı ağaclar idi və onlardan da lazımınca və məqsədəuyğun şəkildə istifadə etmək olardı axı. Və yaxud da televiziyada bircə elan vermək bəs edərdi ki vətəndaşlarımız gəlib özləri öz hesablarına həmin ağacları çıxarıb aparaydilar. Bu da edilmədi. Amma di gəl ki, nə olaydı Allah eləməmiş bir nəfər gəlib oradan icazəsiz bir kol çıxarıb aparaydı. Bax onda hansı qiyamət qopardı bunu yəqin ki, özünüz təxmin edirsiniz. Bütun bunları danışdıqca isə gözlərim önünə dünyaca məhşur əsgər atasi filmindəki məhşur frament gəlir. Bu gün bir cox vicdanı donmuş insan və məmurların bu filmə bir daha və dönə dönə diqqətlə baxması çox vacibdir. Və sonunda ... onu deyirəm ki, kaş ki, Allahu-tala bəzi insanlara bu qədər pul, var-dövlət verəndə bir balaca da ağıl və vicdan verəydi.