"Pul almışam, boynuma alıram" - "Rabitə işi"nin məhkəməsindən

"Pul almışam, boynuma alıram" - "Rabitə işi"nin məhkəməsindən
SOSİAL
17:11 07.12.2016
1901

 

Günün ikinci yarısında keçirilən prosesdə Emin Məmmədov ifadəsini davam etdirib:  "Ömrümdə ilk dəfədir ki, bu cür kürsüdə danışıram. Bəzi şeyləri sizin kimi hüquqi müstəvidə danışa bilmirəm. Ümumiyyətlə, istintaq hesablamalarda  qiymətləri şişirdib. Kabelin qiyməti 2014-cü ildə daha ucuz idi. Devalivasiyadan sonra qiymətlər qalxdı. Azərbaycanın elə şəhəri yoxdur ki, orada çalışmayım. Çalışdığım insanların hamısını öz ailəm bilmişəm. Elə olurdu, iş olmurdu, cibimdən maaş verirdim. Onların uşaqları, təhsilləri, səhiyyəsi ilə məşğul olmuşam. Hətta onları ailəliklə Antalyaya istirahətə də göndərmişəm".

 

Emin Məmmədov prokurorun suallarını cavablandıran zaman qeyd edib ki, Beytulla Hüseynov hər ay ona 2 min manat paket verib: "Lahiyyələr üzrə işlər aparılırdı. Şikətin mənfəəti ilə bağlı pulları Beytullaya verirdim. O da hər ay mənə maaşımdan əlavə 2 min pul verirdi. Ümumi qazancım 5 min manat cıvarındaydı. İttihamda göstərilir ki, Beytulla Hüseynovla 2 milyon 300 min pul mənimsəmişəm, hətta o pulun guya 1 milyonu mənə çatıb. Bu, yanlışdır. Pul almışam, bunu boynuma alıram, vergimi ödəmişəm. Ümumilikdə 80 faiz şişirtmə var. Bizim səhvimiz ondan ibarət olub ki, tikinti işlərinə gərək nazirlikdən rəhbərlik edərdilər. Ən azı nazir müavini səviyyəsində biri bu işlərə nəzarət etməliydi".

 

Vəkillərin suallarına cavab verən təqsirləndirilən şəxs bildirib ki,  rəhbəri olduğu müəssisəyə  gələn pullar həm materiallardan, həm də  görülən işlərdən cəlb edilirdi: "Hətta gedib kabelləri xarici ölkələrdən baha alıb, vergisi az olsun deyə ucuz göstərirdik".

 

Məhkəmə prosesi dekabrın 9-a təyin edilib.

 

OXŞAR XƏBƏRLƏR