Astroloq Hande Kazanova 11-17 avqust tarixi ilə bağlı bürcləri şərh edib.
AZXEBER.COM xəbər verir ki, o, bu barədə öz sosial media hesabında paylaşım edib.
O, paylaşımında bildirib:
"Qoç Bürcü: Həftəyə istəksiz enerjilərlə başlayırsınız. Bazar ertəsi Merkuri düzəlir — sevgi həyatınızda daha rahat addımlar ata biləcəyiniz, övladınızla yaşadığınız problemləri geridə qoyacağınız bir həftə olacaq. Çərşənbə axşamı Venera ilə Yupiterin qovuşumu ev və ailə sahələrinizdə baş verəcək, ailənizlə bağlı hər cür qərarda şans sizin tərəfinizdə olacaq. Merkuri ilə Marsın müsbət bucağı ikili münasibətlərinizdə gözəl bir dövrün xəbərçisidir. Bu həftə sizə zövq verən mövzulara yönəlmək faydalı ola bilər. Cümə axşamı və cümə günü maliyyə işlərinizi sürətləndirməyə çalışın.
Buğa Bürcü: Bu həftə dostluq münasibətləriniz ön plandadır. Bazar ertəsi Merkuri düzəlir, evlə bağlı ünsiyyət problemləri aradan qalxır. Hərəkətə keçmək istədiyiniz mövzularda rahatlıqla irəliləyə bilərsiniz. Çərşənbə axşamı Venera ilə Yupiterin qovuşumu ünsiyyət sahələrinizdə baş verəcək, iş həyatınızda böyük inkişaflar qarşınıza çıxa bilər. Maliyyə qazancınızın dəyişdiyi bir dövrə girirsiniz. Həyata nə qədər elastik baxsanız, bir o qədər sürətli inkişaf əldə edəcəksiniz. Ev və ailə həyatınızla bağlı görülməsi lazım olan işlər həftəsonu gündəmə gələ bilər.
Əkizlər Bürcü: Həftəyə işlə bağlı mövzular damğasını vuracaq. Çərşənbə axşamı Venera-Yupiter qovuşumunu pul evinizdə yaşayacaqsınız. Əlinizə yaxşı gəlirlər keçə bilər, atdığınız addımların qarşılığını görəcəksiniz. Saturn və Uranın müsbət bucağı, həyatınızı yenilədiyiniz bu dövrdə yanınızda kimlərin olacağı ilə bağlı mühüm qərarlar gətirəcək. Merkuri ünsiyyət sahənizdə düzələcək. Cümə günü fikirlərinizi və şəxsi həyatınız üçün atmalı olduğunuz addımları rahatlıqla həyata keçirə biləcəksiniz.
Xərçəng Bürcü: Səyahət, təhsil və uzaq yerlərdən gələn xəbərlərlə həftəniz başlayır. Bazar ertəsi Merkurinin düzəlməsi ilə maliyyə məsələlərində daha rahat hərəkət edəcəksiniz. Çərşənbə axşamı Venera-Yupiter qovuşumu cazibənizi artıra bilər. Pul qazanma üsulunuzda yeni və köhnəni yaxşı şəkildə birləşdirərək yeni bir yol müəyyənləşdirəcəksiniz. Merkuri ilə Marsın müsbət bucağı maliyyə işlərinizdə gözəl nəticələr əldə edəcəyinizi və ev, ailə həyatınız üçün xərcləmələrin gündəmdə olacağını göstərir.
Şir Bürcü: Bazar ertəsindən etibarən rahatlayacaqsınız. Özünüzü daha sərbəst və yaxşı ifadə edə biləcəksiniz. Çərşənbə axşamı Venera-Yupiter qovuşumu mənəvi sahənizdə baş verəcək. Bir çox problem və çətinlikdən qorunacaqsınız, lakin diqqəti əldən verməyin. Həyata baxışınız dəyişir, yeni şeylər öyrənərkən gələcəyə dair fərqli ümidlər formalaşdıracaqsınız. Merkuri ilə Marsın müsbət bucağı yaxın çevrənizlə edəcəyiniz qısamüddətli planları dəstəkləyəcək.
Qız Bürcü: Bu həftə ikili münasibətlər və şəxsi həyatınıza fokuslanmısınız. Saturn və Mars qarşıdurması ilə maliyyə məsələlərində planlarınızın pozulma ehtimalına diqqət edin. Bazar ertəsi Merkuri düzəlir, artıq azadsınız və planlarınızı qura bilərsiniz. Çərşənbə axşamı Venera-Yupiter qovuşumu yeni tanış olduğunuz insanlardan böyük fürsətlər əldə edə biləcəyinizi göstərir. Təşkilatlardan da gəlir əldə edə bilərsiniz. Merkuri ilə Marsın müsbət bucağı maliyyə işlərinizi yoluna qoymağınıza kömək edəcək.
Tərəzi Bürcü: Dolunayın təsiri ilə Mars-Saturn qarşıdurmasını münasibətlər sahəsində yaşayacaqsınız, bu sahədə diqqətli olmalısınız. Bazar ertəsi Merkuri düzəlir və ünsiyyətinizi daha düzgün istiqamətləndirəcək, doğru addımlar atacaqsınız. Çərşənbə axşamı Venera-Yupiter qovuşumu karyera və məqsədlərinizlə bağlı fürsətləri qarşınıza çıxara bilər. Böyük bir iş təklifi ala bilərsiniz. Merkuri ilə Marsın müsbət bucağı sosial çevrənizdə yaxşı təşkilatlanmağınıza kömək edəcək.
Əqrəb Bürcü: Həftəyə xoş əhval-ruhiyyə ilə başlayırsınız. Bazar ertəsi Merkuri düzəlir, ictimai mövzularda və iş həyatınızda özünüzü daha rahat ifadə edəcəksiniz. Çərşənbə axşamı Venera-Yupiter qovuşumu böyük bir səyahəti gündəmə gətirə bilər. Media sahəsində ön plana çıxa bilərsiniz. Yeni və köhnəni birləşdirən üsullarla daha rahat qazanc əldə edəcəyinizi görəcəksiniz. Merkuri ilə Marsın müsbət bucağı işinizdə və fəaliyyətinizdə şanslı olduğunuzu göstərəcək.
Oxatan Bürcü: Ev, ailə və yuva ilə bağlı mövzular bu həftə ön plandadır. Sosial mediada gərginliklər ola bilər, dostlarınızla mübahisələr yaxın çevrənizdəki hadisələrlə əlaqəli ola bilər. Hər şey əleyhinizə kimi görünsə də, vəziyyət bir anda lehinizə dönə bilər. Merkuri düzəlir, səyahət planlarınızı rahat qura biləcəksiniz. Venera-Yupiter qovuşumu ortaq maliyyə sahənizdə gözəl inkişaflar gətirə bilər. Merkuri ilə Marsın kvadratı dostlarınızla edəcəyiniz işlərdə sizi dəstəkləyəcək.
Oğlaq Bürcü: Ünsiyyət baxımından sürətli həftələrdən birinə başlayırsınız. Valideynləriniz arasında və ya sevdiyiniz insanla anlaşılmazlıqlar ola bilər, amma hər şey pis gedirmiş kimi hiss etdiyiniz anlarda sevindirici xəbərlər alacaqsınız. Bazar ertəsi Merkuri düzəlir, pul problemləri geridə qalır. Çərşənbə axşamı Venera-Yupiter qovuşumu şəxsi həyatınızda fürsətlər gətirəcək. Merkuri ilə Marsın müsbət bucağı cümə günü karyeranızda gözəl inkişaflar yaradacaq.
Dolça Bürcü: Bu həftə maliyyə məsələləri ön plandadır. Bazar ertəsi Merkuri düzəlir, şəxsi həyatınızdakı problemlər aradan qalır. Daha rahat hərəkət edəcək, işinizlə bağlı düzgün qərarlar alacaqsınız. Çərşənbə axşamı Venera-Yupiter qovuşumu iş həyatınızda və sağlamlıqla bağlı mövzularda xoş xəbərlər gətirə bilər. Cümə günü Merkuri ilə Marsın müsbət bucağı sevdiyiniz insanla planlarınızı həyata keçirməyə imkan yaradacaq.
Balıq Bürcü: Həftəyə öz istək və gözləntilərinizə fokuslanaraq başlayırsınız. Merkuri sağlamlıq və iş sahənizdə düzəlir, ünsiyyət problemləri aradan qalır. Sağlığınızla bağlı qərar vermək istəyirsinizsə, indi doğru düşünə biləcəyiniz üçün rahatlıqla hərəkət edəcəksiniz. Çərşənbə axşamı Venera-Yupiter qovuşumu sevgi evinizdə baş verəcək, romantik təsirlər altında olacaqsınız, bir təklif gündəmə gələ bilər. Cümə günü Merkuri ilə Marsın müsbət bucağı iş və maliyyə mövzularında yolunuzu açacaq".
Oksana