"Yalançı başlıqlı xəbərlərlə pul qazanırsınız, amma insanları boş yerə stresə salırsınız".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Əməkdar artist, muğam ifçısı Fərqanə Qasımova deyib.
O, atası, Xalq artisti Alim Qasımovun səhhətində problem yaranması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
"Mən o saytlardan tələb etdim ki, xəbərin başlığını dəyişsinlər. Belə yalan və şişirdilmış başlıqlar qoyub pul qazanan saytlar düşünmür ki, insanları stresə salırlar. Mən belə şeylərə yaxşı baxmıram. İnsanların şəxsi məsələləri ilə yalan məlumat verib pul qazanmaq yalnış hərəkətdir. Hər şeyin haqq-hesabının sorulduğu bu dünyada elə şeylər etmək olmaz".
Aysel Hacızadə