“Pul yığmaq rahat və nizamlı yuxuya səbəb olur” - Ekspertlər AÇIQLADI

MARAQLI
12:24 10.07.2024
399
Mütəmadi olaraq pula qənaət etməyin insanların rahat və nizamlı yatmasına kömək etdiyi məlum olub.  

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikri ingiltərəli ekspertlər etdikləri araşdırmanın nəticəsində açıqlayıblar. 

Araşdırmada qeyd edilib ki, qənaət etmək insanların maliyyə məsələlərində daha az narahat olmasına şərait yaradır ki,  bu da insanların gözlənilməz vəziyyətə hazır olmaları ilə nəticələnir. 

Tədqiqatda aylıq cüzi miqdarda pulun belə qənaət edilməsinin psixi sağlamlığa müsbət təsir etdiyi bildirilib və qənaətin insanların stresssiz və rahat yatmasına imkan verdiyi, beləliklə də nizamlı yuxu vərdişləri yaratdığı vurğulanıb. 

Araşdırmada pul yığmağın müasir dünyada çətin bir vəziyyət olduğu bildirilib və hər 10 nəfərdən 6-nın pul yığmaq vərdişinin olduğu qeyd edilib. 

Oksana 

OXŞAR XƏBƏRLƏR