"Bakının bir rayonundan 19 bələdiyyə üzvü seçilir. Kiçik bir kənddə 5-7 nəfər üzv olur. Bunları birləşdirmək lazımdır”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O bələdiyyələrin sayının azaldılmasını təklif edib:"Bələdiyyələrin sayının azaldılması vacibdir. Bələdiyyələrə kifayət qədər status verilib. Onlar bu səlahiyyətlərlə xeyli iş görə bilər. Amma onlar əldə edilən gəlirlərdən bələdiyyə bağçası, məktəbi, qəbiristanlığı və s. salmaq əvəzinə vəsaiti başqa istiqamətə xərcləyirlər. Növbəti mərhələdə seçilə bilməyəcəklərini düşünürlər. Bu səbəbdən hər şeyi xərcləyirlər.
Vaxtilə bələdiyyələr qeyri-neft sektoru üçün böyük işlər görə bilərdilər. Əsasən də buraya kənd bələdiyyələri daxildir”.
Komitə sədri qeyd edib ki, bələdiyyələr əldə olunan vəsaitlərin hamısını mebelə, maşınlara və əmək haqlarına sərf ediblər.