"Ali məktəblərə qəbul olanların 46,69-u dövlət hesabına təhsil almaq imkanı əldə edəcək”.
AZXEBER.COM xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzində ötən il – 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı təşkil olunmuş müzakirələrdə deyib.
Onun sözlərinə görə, bu il dövlət sifarişli yerlərin sayı yüzdə 2 artıb.