Pulsuz yemək zamanı 20 uşaq öldü

DÜNYA
12:07 18.07.2013
1398

Hindistan məktəblərindən birində yüksək dozalı insektisid aşkar olunan pulsuz yeməkləri yeməsi nəticəsində ən azı 20 uşaq ölüb, bir çoxları isə xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, şərqi Bihar ştatında məktəblilərin yeməyinə kimyəvi maddənin hansı şəkildə düşməsi məsələsi hələ də qeyri-müəyyən olaraq qalır.Məmurlardan biri hesab edir ki, yemək hazırlanmamışdan öncə ola bilsin ki, yaxşı yuyulmayıb. 8-11 yaşlarında olan uşaqlar çərşənbə axşamı yeməyi yedikdən sonra özlərini pis hiss ediblər.

Uşaqların qusmağa başladığını görən məktəb müdiriyyəti düyü, mərci, soya və kartof verilişinin dayandırılması barədə göstəriş verib.Uşaqlar təcili xəstəxanaya çatdırılıblar, daha sonra isə müalicə üçün ştatın paytaxtı Patnaya göndəriliblər. Ümumilikdə, 20 uşaq dünyasını dəyişib, 27 nəfər xəstəxanadadır. Onlardan 10-u ağır vəziyyətdədir.Təhlil aparıldıqdan sonra məlum olub ki, soy qarniri və kartof zəhərli olub, çünki bu yeməkləri yeməyən uşaqlar özlərini yaxşı hiss edirlər.

OXŞAR XƏBƏRLƏR