Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında parlament sədri Oqtay Əsədov deputat, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevi məsuliyyətli olmağa çağırıb.
Azxeber.com-un "Report”a istinadən xəbərinə görə, parlamentdə "Reklam haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunan zaman A.Quliyev deyib ki, hazırlanan reklam çarxları bu gün lazımı səviyyədə işıqlanmır, bunun da səbəbləri fərqlidir: "Bəzən bu çarxlar keyfiyyətli olmur, bəzən də televiziyalar onları yayımlamağa maraqları olmurlar. Təklif edərdim ki, televizya qurumları QHT-lər ilə birlikdə fəaliyyət göstərib çarxları hazırlasın, daha sonra onların yayımlanması təmin edilsin”.
MM sədri Oqtay Əsədov isə cavabında deputatı məsuliyyətli olmağa çağırıb: "İlk nöqsanı özünüzdə axtarmalısınız. Çünki pulu da verən sizsiniz, onun keyfiyyətinə də siz baxmalısınız”.