Pulunu çubuğda gizlədən dilənçi 61 manat cərimələndi

MARAQLI
14:42 06.01.2023
440
Türkiyənin İstanbul şəhərində dilənçiliklə məşğul olan şəxs saxlanılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan dilənçi Beyoğlu Bələdiyyəsi Polis İdarəsinə aparılıb. Polis qrupları dilənçinin üzərində pul tapa bilməyib. Axtarış zamanı müəyyən edilib ki, dilənçi pulunu üzərində deyil, çubuqda gizlədibmiş.

Beyoğlu Qalata qülləsi ətrafında əlində çubuq olan dilənçi Kasımpaşa Təhlükəsizlik Müdirliyinə aparılıb.

Dilənçinin üzərində axtarış edən qruplar pulu onun çubuğundan tapıblar. Dilənçiyə 617 TL (61 manat) cərimə tətbiq edilib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR