ARB telekanalında yayımlanan "Həmin Zaur" verilişində baş verənlər müzakirələrə səbəb olub.
AZXEBER.COM xəbər verir ki, verilişdə qonaq qismində çıxış edən müğənni Pünhan Piriyevə bir çox sənətkarların fotoları göstərilib və ondan həmin sənətkarları tanıyıb, tanımadığı soruşulub.
Hər kəsi təəccübləndirən məqam da bundan sonra baş verib.
Belə ki, müğənni, fotoları nümayiş olunan mərhum Xalq artisti Şövkət Ələkbərova, Xalq artisti Əliabbas Qədirov, Xalq artisti Firəngiz Mütəllimova, Xalq şairi Ramiz Rövşən və Xalq artisti Cavan Zeynallını tanımadığını bildirib.
Pünhan buna səbəb kimi yaşının az olmasını əsas gətirib.
Aysel