Puqaçova və Qalkinin övladlarının Rusiya pasportu almaq üçün sənədləri ilə bağlı problem böyüyür.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verirki, Alla Puqaçova və Maksim Qalkinin (Rusiya Federasiyasında xarici agent kimi təyin olunmuş) övladları Liza və Harrinin Rusiya pasportunu alması daha da çətinləşib.
Belə ki, 26 oktyabr 2023-cü ildə qüvvəyə minən yeni qanuna əsasən, 14 yaşına çatmamış bütün uşaqların doğum şəhadətnaməsində Rusiya vətəndaşlığını göstərən xüsusi möhür olmalıdır. Bu möhür olmadan xarici pasport, qeydiyyat və daxili pasport kimi əsas sənədləri əldə etmək mümkün deyil.
Vətəndaşlıq yalnız valideynlər tərəfindən ya Rusiya Daxili İşlər Nazirliyinin ofisində, ya da Rusiyanın xaricdəki konsulluğunda şəxsən təsdiqlənməlidir.
Xatırladaq ki, Liza və Harri hazırda vətəndaşları olduqları Kiprdə valideynləri ilə birlikdə yaşayırlar. 2017-ci ildə Puqaçova və Qalkin Kiprdə ev alıblar. 2018-ci ildə cütlük vətəndaşlıq aldı və biray sonra onların uşaqları da Kipr vətəndaşı oldular.
Əkizlərin həm də İsrail pasportu olduğu üçün, onlar 16 yaşından sonra bütün İsrail vətəndaşları kimi məcburi hərbi xidmətə çağırılacaqlar. Beləliklə Puqaçovanın oğlu üç il, qızı isə iki il orduda xidmət edəcək.
Qeyd edək ki, ailə başqa bir xarici dövlətdə yaşasa da, bu öhdəlik qüvvədə qalır və icra olunur.
Aysel