Öpüşəndə quyuya düşdü, sevgilisi qaçdı

DÜNYA
13:40 03.04.2014
1408
İspaniya polisi öpüşərkən quyuya düşmüş qadının sevgilisini arayır. Həmin şəxs qadını quyudan çıxarmağa çalışmaq və ya yardım çağırmaq əvəzinə qaçıb.
AZXEBER.COM Metro-ya istinadən bildirir ki, hadisə İspaniyanın Suidad Real şəhərində yaşanıb.
21 yaşlı Edelia Aponte adlı qadın sevgilisi ilə bardan çıxıb və şəhər kənarındakı parka gəzintiyə yollanıb. Burada sevgililər quyunun kənarında duraraq öpüşəndə Edelia səndirləyib, müvazinətini itirib və 4,6 metr dərinlikdəki su quyusuna düşüb.
Onun sevgilisi də şoka düşərək qaçıb.
Su quyusunda çabalayan qadın 2,5 saat sonra xilas olunub.
Qadını quyudan çıxaran yanğınsöndürən Leni Portillo deyib: "Bu qadının üzə bilməsi və özünü itirməməsi onun həyatını xilas edib. Əks təqdirdə boğulacaqdı".
OXŞAR XƏBƏRLƏR