Rusiya prezidenti Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya KİV-i hökumətə istinadən məlumat yayıb. Bildirilir ki, vəzifəsindən azad edilmiş generallar DİN, FTX, Məhkəmə Qərarlarının İcrası Xidməti və İstintaq Komitəsində çalışıblar. Onların adları hələlik açıqlanmır.