Putin 133 min nəfərin orduya çağırılması haqqında fərman imzalayıb

DÜNYA
18:56 30.09.2024
155
Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə çağırışla bağlı fərman imzalayıb.

Payız çağırışı fərmanı ilə oktyabrın 1-dən dekabrın 31-dək 133 min nəfərin hərbi xidmətə çağırılması planlaşdırılır.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahı bəyan edib ki, çağırış vərəqələri kağız şəklində göndəriləcək. Oktyabrın 15-dən çağırışçıların toplanış məntəqələrindən xidmət yerlərinə göndərilməsi planlaşdırılır.
 
///apa
OXŞAR XƏBƏRLƏR