Putin 6-cı dəfə prezidentliyə namizəd oldu - Tarixə düşə bilər

Putin 6-cı dəfə prezidentliyə namizəd oldu - Tarixə düşə bilər
DÜNYA
14:21 29.01.2024
176
2 ilə yaxındır Ukrayna ilə müharibə vəziyyətində olan Rusiya prezident seçkiləri atmosferinə girməyə başlayıb.
    
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyada martda keçiriləcək seçkilərdən əvvəl prezident Vladimir Putinin namizədliyi rəsmiləşib.

Rusiyanın "İnterfaks" xəbər agentliyinin verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyası Putinin martın 15-17-də keçiriləcək seçkilərdə namizəd kimi iştirak edəcəyini açıqlayıb.

Altıncı dəfə prezidentliyə namizəd olan Putin seçkilərdə qalib gəlsə, 18-ci əsrdən bəri ölkəni ən uzun müddət idarə edən şəxs kimi tarixə düşəcək.

Britaniyanın Reuters xəbər agentliyi Putinin Ukrayna ilə müharibə başlayandan bəri müxalifətə təzyiqlərini artırdığını və bir çox müxalifin ölkədən qaçdığını və ya həbs edildiyini açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR