Putinin "9 may" planı: Ələ keçirilən torpaqlar Rusiyaya birləşdiriləcək

Putinin "9 may" planı: Ələ keçirilən torpaqlar Rusiyaya birləşdiriləcək
MANŞET
14:31 04.05.2022
1433
Rusiyanın işğal etdiyi əraziləri ilhaq etməyə hazırlaşdığı iddia edilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın mayın ortalarında ilhaq cəhdi edəcəyi gözlənilir.
 
Rusiyada 9 May Qələbə Günü yaxınlaşdıqca prezident Vladimir Putinin növbəti addımı müzakirə olunur.
 
ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) nümayəndəsi Maykl Karpenterin sözlərinə görə, Putin öz nəzarəti altında olan Ukrayna ərazisini ilhaq etməyə cəhd edəcək. 
 
Vaşinqtonda jurnalistlərə açıqlama verən Karpenter deyib: "Rusiya "Donetsk Xalq Respublikası” və "Luqansk Xalq Respublikası”nı ilhaq etməyə çalışacaq. Mayın ortalarında bu regionların Rusiyaya birləşməsi üçün referendum keçiriləcək”.
 
O, həmçinin qeyd edib ki, hazırda Rusiya hərbçilərinin nəzarətində olan Xerson şəhərində də müstəqillik referendumu keçirilə bilər. Rusiya işğalın əvvəlində ələ keçirdiyi Xersonda pul vahidini rubla çevirmişdi.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR