Rusiya prezidenti Vladimir Putin avqust ayının 20-si Cənub federal bölgəsinə (CFB) işgüzar səfər edəcək
ANS PRESS-in məlumatına görə, ölkə başçısı səfər zamanı nəqliyyat infrastrukturunun obyektlərinə baxacaq və texnologiya “Şesxaris-Qruşovaya” tunelinin istismara verilməsi üzrə tədbirdə iştirak edəcək. Bu tunelin dəmir-beton konstruksiyası 3,2 kilometrdir. Boru kəmərinin sayı isə 9 ədəddir.
Vladimir Putin "Şesxaris Çernomortransneft” adlı neft daşımaları kompleksini ziyarət edəcək. “Çernomortransneft" "Transneft" Açıq Səhmdar Cəmiyyətinin törəməsı sayılır. Şesxaris kompleksi "Novororossiysk"də yerləşir və "Transneft"in magistral neft kəmərinin son nöqtəsi Krasnodar vilayətindədir. Buradan neft yataqlarının daşınması ilə Qərbi Sibir, Azərbaycan, Qazaxstan təmin olunur.
Hazırda yükboşaltma kompleksinin tərkibinə rezervuar parkı təxminən 1,3 milyon kub metr həcmindədir. Markxotskiy dağ silsiləsi vasitəsi ilə boru kəmərləriylə texnologiya tuneli 3,3 kilometrdir. Texnologiya boru kəmərlərinin ölçüsü 92 kilometr təşkil edir. Bu boru köməkçi təyinat obyektlərinə daxil olur.
"Şesxaris" kompleksində karbohidrogen xammalının ilk dəfə yük boşaltması 1964-cü ildə olub. Bu ilin iyul ayının göstəricilərinə görə . Ümumi 1,5 milyard ton karbohidrogen xammalı göndərilib.