"Bəzi Qərb ölkələrinin dünyada öz hegemonluğunu saxlamaq istəyi Ukraynada ağır böhrana səbəb oldu".
Bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı hərəkətləri yalnız Qərbin başlatdığı müharibəni dayandırmaq cəhdi ilə izah oluna bilər: "Rusiya BRİKS daxilində Ukraynadakı münaqişənin həllinə kömək etməyə çalışan tərəfdaşlarına minnətdardır".