"Putin bir gün deyəcək ki, Qarabağdakı sülhməramlılarıma təhlükə var və onları müdafiə etməliyəm"

"Putin bir gün deyəcək ki, Qarabağdakı sülhməramlılarıma təhlükə var və onları müdafiə etməliyəm"
SOSİAL
13:57 09.03.2022
755
"Rus sülhməramlıları Qarabağda yerləşdiyi gündən bizim üçün təhlükə mənbəyidir. Onların icazəsi, himayəsi və tapşırığı ilə ermənilər təxribatlar həyata keçirir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
 
Deputat onlara sülhməramlı demədiyini bildirib:

"2008-ci il Gürcüstan məsələləri yadınızdadır, Osetiyada Rusiya hərbçiləri sülhməramlı kimi iştirak edirdi və Gürcüstan özünün ərazi bütövlüyünə görə əməliyyat keçirmək istədi və Rusiya dedi ki, bu bizim sülhməramlılara təhlükədir. Hücum elədi, nəticəsi də nə oldu, məlumdur. İndi həmin o məramlılar ki, mən heç vaxt onlara sülhməramlı demirəm. Rus hərbi kontingenti ərazimizdə yerləşib. Yəni, bunlar yerləşdiyi gündən bizim üçün təhlükə mənbəyidir.
 
Onların icazəsi, himayəsi və tapşırığı ilə ermənilər o təxribatları həyata keçirir. Biz ona cavab vermək istəyirik, veririk də. Belə olanda onlar sülhməramlı kimi hərəkətə keçir və hədəfdə olurlar. Belə olan tərzdə bir gün görəcəksən ki, bu gün Ukraynaya müdaxilə edən həmin Putin, bir gün də deyəcək ki, mənim Azərbaycanda olan hərbi kontingentimə, sülhməramlılarıma qarşı təhlükə var və onları orada müdafiə etməliyəm. Yəni, ermənilər çox məharətlə bu məsələlərdən istifadə edə bilərlər, onlarla bizi üzbəüz qoya bilərlər və burada da çox xoşagəlməz hallar ola bilər”.

Deputat həmçinin qeyd edib ki, separatçıların ərazimizdən çıxarılması üçün tədbirlər görülməlidir:

"Fevral ayının 22-də imzalanan iki dövlət arasında imzalanan bəyannaməyə əsasən, biz bir-birimizin ərazi bütövlüyümüzə və sərhədlərimizin toxunulmazlığına hörmət etməliyik və eyni zamanda bizim hər birimizin ərazimizdə hansısa bir separatçı cinayətkar, qeyri-qanuni qüvvələr meydana çıxıb bizim dövlətçiliyimizə təhlükəsizliyimizə təhlükə yaradarsa, onun ləğv olunmasına biz birlikdə tədbir görməliyik. Cənab Prezidentimiz geosiyasi, geopolitik siyasətlə bu məsələlərdə müəyyən qabaqdangörənlik edib. Bu gün ərazimizdə mövcud olan həmin o separatçı, terrorçuların tək bizim tərəfimizdən yox eyni zamanda bizimlə müqaviləyə imza atan dövlətin hərbçilərinin köməyi ilə onların ləğv olunması, məhv olunması və ərazimizdən çıxarılması üçün tədbirlər görülməlidir. Əgər ikinci tərəf imzasına hörmət etsə və münasibətlərdə səmimi olsa, bunu etməlidir”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı artdı
15:54 28.08.2025
Qəzzada ölənlərin sayı artdı
"Fənərbaxça" ÇL-də qalib gəlsəydi, 24 milyon qazanacaqdı
15:50 28.08.2025
"Fənərbaxça" ÇL-də qalib gəlsəydi, 24 milyon qazanacaqdı
Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
15:49 28.08.2025
Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
15:45 28.08.2025
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
15:41 28.08.2025
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
15:33 28.08.2025
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
15:22 28.08.2025
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
15:15 28.08.2025
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq