Putin: "Biz çoxqütblü dünya nizamını qurmağa hazırıq"

DÜNYA
16:05 12.08.2024
143
"Biz bölünməz təhlükəsizlik sistemi yaratmağa və çoxqütblü dünya nizamı qurmağa hazırıq".

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin "Armiya-2024” Beynəlxalq Hərbi Texniki Forum formun açılışında deyib.

"Forum müxtəlif ölkələrdən ekspertlərin və media qurumlarının diqqətini çəkir. Biz bu marağı və tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndiririk. Biz əlaqələri inkişaf etdirməyə, bərabər və bölünməz təhlükəsizlik sistemi yaratmağa hazırıq. Yeni ədalətli çoxqütblü dünya nizamı qurmaq üçün birlikdə çalışaq" - deyə Putin videomüraciətində deyib.
  
Qeyd edək ki, 2015-ci ildən keçirilən "Armiya” Beynəlxalq Hərbi Texniki Forumu avqustun 14-də başa çatacaq.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR