Putin sankisya ilə bağlı görüş keçirəcək.
AZXEBER.COM xəbər verir ki, Kremlin sözçüsü Peskov Putinin bu gün işçi heyəti ilə iqtisadiyyatla bağlı görüş keçirəcəyini açıqlayıb.
Kremlin sözçüsü Dmitriy Peskov Rusiyanın Qərbin sanksiyalarına milli maraqlara uyğun cavab verəcəyini bildirib və Rusiya prezidenti Vladimir Putinin bu gün heyəti ilə iqtisadi problemlərin dəyişən reallıqlar fonunda müzakirə ediləcəyi görüş keçirəcəyini bildirib.
Peskov Rusiya liderinin hər il aktivlərini açıqladığı və məlum olduğu üçün sanksiyalarda bəzi aktivlərlə bağlı kifayət qədər absurd müddəaların olduğunu qeyd edib.
Kremlin sözçüsü Peskov Ukrayna tərəfi ilə danışıqların bir gün əvvəl başlamamasından təəssüfləndiklərini qeyd edib.
Rusiya tərəfinin dünən danışıqlara başlamağa hazır olduğunu bildirən Kremlin sözçüsü Ukrayna nümayəndə heyətinin bu gün görüş yerinə gəldiyini bildirib.
O, Rusiya-Ukrayna danışıqlarında Rusiyanın qarşı tərəfdən nə istəyəcəyi və danışıqlarda hansı nəticənin əldə oluna biləcəyi ilə bağlı şərh vermək istəmədiyini bildirib.
Ayşən