Putin Ərdoğanla danışıqlar üçün Ankaraya gedib

Putin Ərdoğanla danışıqlar üçün Ankaraya gedib
DÜNYA
22:17 11.12.2017
1262
Bazar ertəsi, dekabrın 11-də, Rusiya prezidenti Vladimir Putin Ankaraya rəsmi səfərə gedib.
 
AZXEBER.COM-un xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
 
Putin və Ərdoğan ikitərəfli əməkdaşlığı, ilk növbədə energetika sahəsində birgə layihələrin həyata keçirilməsinin gedişatını müzakirə edəcəklər.
 
Bundan əlavə prezidentlər Yaxın Şərqdəki vəziyyət, Qüds problemi və Suriya böhranı ətrafında fikir mübadiləsi aparacaqlar.
OXŞAR XƏBƏRLƏR