Putin: Ermənistan KTMT-dən çıxdığını elan etməyib

DÜNYA
18:10 28.11.2024
174
"Hər bir ölkənin təhlükəsizlik sahəsində nə edəcəyini özü seçmək hüququ var”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda keçirilən sammitində iştirak etməməsinə münasibət bildirərkən deyib.

Rusiya Prezidenti qeyd edib ki, Ermənistan təşkilatdan çıxdığını elan etməyib.

Putin əlavə edib ki, İrəvanın KTMT-də tamhüquqlu işə qayıtması ehtimalı qalır və Ermənistan təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir.

Rusiya lideri hesab edir ki, Ermənistanın KTMT-yə hazırkı münasibətini daxili siyasi problemlər və Qarabağ mövzusu diktə edir.

OXŞAR XƏBƏRLƏR