Rusiya Prezidenti Vladimir Putin III Çarlzı Böyük Britaniyanın kralı elan edilməsi münasibətilə təbrik edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Putin III Çarlza təbrik teleqramı göndərib:
"Vladimir Putin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kralı III Çarlza taxta çıxması münasibətilə təbrik teleqramı göndərib”.
Qeyd edək ki, mərhum Kraliça II Elizabetin oğlu III Çarlz sentyabrın 10-da rəsmi olaraq Böyük Britaniyanın Kralı elan edilib.