"Putin İlham" yüksək vəzifəyə təyin olundu - TƏYİNAT

"Putin İlham" yüksək vəzifəyə təyin olundu - TƏYİNAT
SİYASƏT
12:35 23.01.2016
3509
Yanvarın 19-dan-21-dək Bolqarıstanın paytaxtı Sofiyada “Qara dəniz-Xəzər regionu ölkələrində hüquq nəzəriyyəsi və praktikasının inkişafında aktual problemlər” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib. Tədbirin yekununda hüquq elmləri doktoru, professor, Azərbaycanın əməkdar hüquqşünası İlham Rəhimovun sədrliyi ilə Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyası yaradılıb.Dəyirmi masa çərçivəsində Bolqarıstan Hüqüqşünaslar İttifaqının təşəbbüsü ilə İlham Rəhimovun bolqar dilinə tərcümə edilmiş “Cinayətin və cəzanın fəlsəfəsi” kitabının təqdimat mərasimi də keçirilib. Mərasimdə Rusiyadan, Türkiyədən, İrandan, Makedoniyadan və başqa ölkələrdən alimlər iştirak ediblər.Kitabla bağlı müzakirələrdə Bolqarıstanın vitse-prezidenti M.Popova, Bolqarıstan Elmlər Akademiyasının rəhbəri, akademik C. Vodeniçarov, Makedoniyadan olan akademik B. Kambovski, Bolqaristan Milli Assambleyasının vitse-ptrezidenti Y. Notev və digər şəxslər fəal iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR