Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının mədəniyyət naziri Ayşat Kadirovanı ikinci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
AZXEBER.COM xəbər verir ki, rəsmi informasiya portalında dərc olunan sərəncamda deyilir ki, medal "Çeçenistan nazirinin ölkənin mədəniyyət və incəsənətinin inkişafındakı nailiyyətlərinə görə” verilib.
Qeyd edək ki, 24 yaşlı Ayşat Kadirova 2021-ci ildə atası Çeçenistanın lideri Ramzan Kadırov tərəfindən Çeçenistanın mədəniyyət naziri təyin edilib.
Putin həmçinin bəzi müsəlman təşkilatlarının rəhbərlərini dinlərarası və millətlərarası münasibətlərin inkişafına verdiyi töhfələrə görə fəxri fərmanlarla təltif edib.
Ayşən