Putin Ukrayna ilə müvəqqəti atəşkəs barədə danışdı

Putin Ukrayna ilə müvəqqəti atəşkəs barədə danışdı
DÜNYA
14:00 22.04.2025
198
"Ukraynanın hərbi fəaliyyəti azalıb. Biz bunu məmnuniyyətlə qarşılayırıq".
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ukraynada müvəqqəti atəşkəs haqqında danışarkən deyib.
 
Atəşkəsdən sonra toqquşmaların davam etdiyini bildirən Putin, "Atəşkəsə müsbət baxırıq. Ona görə də belə bir təşəbbüslə çıxış etdik. İstənilən sülhsevər təşəbbüsə müsbət baxırıq. Ümid edirəm ki, Kiyev təmsilçiləri də bunu müsbət qarşılayacaqlar"-, deyə bildirib.

Ukraynanın əvvəlcə atəşkəs təklifini qəbul etmədiyini vurğulayan Putin, "Amma sonra oradakı daha ağıllı adamlar, çox güman ki, xarici kuratorlar belə təşəbbüsləri rədd etməyin Kiyev rəhbərliyi üçün uduzmaq demək olduğunu söylədilər. Bu səbəbdən Ukrayna rəsmiləri bunu tez qəbul etdi"-, deyə qeyd edib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR